...

NƏQLİYYAT NAZİRLİYİ ƏLƏT-ASTARA AVTOMOBİL MAGİSTRALININ ÇƏKİLMƏSİ VƏ YENİDƏN QURULMASI LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TENDER ELAN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2005 19:21 (UTC +04:00)

AR nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis Departamenti Ələt-Astara avtomobil magistralının çəkilməsi və yenidən qurulması layihəsi çərçivəsində 2 tender elan edib.

Nazirlikdə Trend ə bildirilib ki, ilk müsabiqədə ekoloji qiymətləndirmə və ekoloji idarəetmə planının hazırlanması üzrə məsləhətçinin seçilməsi, ikincidə isə avtomobil magistralı boyunca yerləşmiş ərazinin evakuasiyası və alınması hərəkət planları da daxil olmaqla müfəssəl injenerinq və ilkin layihənin hazırlanması nəzərdə tutulur.

Məsləhətçi Dünya Bankının göstərişi əsasında seçiləcək.Xidmətin göstərilməsi müddəti 12 aydır (ikinci lotla 15 ay) və 2006-cı ilin aprelindən gec olmayaraq başlanılacaq.Maraqlananlar sənədlərini oktyabrın 31-dən gec olmayaraq təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti