...

BMT-nin İnkişaf Proqramı yoxsulluğun azaldılması üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyini hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 16:55 (UTC +04:00)

"Oktyabrın 17-də Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev və BMT-nin İnkişaf Proqramının rezident-əlaqələndiricisi Marko Barsotti mətbuat konfransı keçiriblər". Trend in xəbər verdiyi kimi, tədbir beynəlxalq yoxsulluqla mübarizə gününə həsr olunub.

Fərhad Əliyev qeyd edib ki, planetdə 2,8 mlrd nəfərin ən azı $2, 1,2 mlrd nəfərin isə - ən azı $1 gündəlik gəliri var.

100 uşaqdan 6-sı 1, 8-i isə 5 yaşına çatmamış ölür.

Beynəlxalq ekspertlərin hesabatlarına əsasən, 1995-ci ildə Azərbaycanda əhalinin 65%-i yoxsul yaşayırdı. 1995-ci ildə ÜDM 1991-ci illə müqayisədə 40%, real əmək haqqı - 20%, inflyasiya 41% artıb.

Evlər idarəsinin büdcəsinə görə, ölkədə əhalinin yoxsul təbəqəsi 2002-ci ildə 46,7%, 2003-cü ildə - 44,7%, 2004-cü ildə - 40,2% təşkil edib.

Marko Barsotti qeyd edib ki, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə üçillik Dövlət Proqramı uğurla həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti