...

Rusiya Azərbaycanda ticarət nümayəndəliyi açmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 18:08 (UTC +04:00)

Rusiya Federasiyası Azərbaycanda ticarət nümayəndəliyi açmabı planlaşdırır. Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatasının rəhbəri İntiqam Hüseynov Trend ə bildirib ki, struktur Rusiyanın iqtisadi inkişaf nazirliyi tərəfindən təsis ediləcək.

RF-nin Azərbaycandakı səfirliyinin mətbuat katibi Gennadi Yevsyukov Trend ə bildirib ki, RF hökuməti müxtəlif ölkələrdə bir sıra ticarət nümayəndəliklərinin açılması barədə qərar qəbul edib. Həmin layihənin gerçəkləşdirilməsi bir sıra texniki məsələlərin həllini tələb edir.

"Ticarət nümayəndəliyi xarici işlər Nazirliyinin strukturu deyil və iqtisadi inkişaf nazirliyinə aid olacaq. Ticarət nümayəndəliyinin açılmasında məqsəd iqtisadi əlaqələrin genişləndirilməsi və xarici ticarət artımının tənzimlənməsi olacaq.Əgər bir neçə il bndan öncə Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi cəmi $300 mln. təşkil edirdisə, 2005-ci ildə biz $1 mlrd. göstəricisinə ümid edirik və həmin göstərici nəticədə enməməlidir.Ticari əlaqələrin genişləndirilməsi üçün böyük potensial vardır,bu həm k/t məhsulları, həm maşınqayırma sahəsində əməkdaşlıqdır. Azərbaycan və Rusiyanın neft-qaz maşınqayırma, k/t texnikası istehsalı və digər sahələrdə sıx kooperativ əlaqələri var idi.Bundan başqa, ticarət nümayəndəliyinin əsas funksional vəzifələrindən biri sərhədyanı ticarət, gəmilərin daxili sulardan keçməsi, enerji sektoru ilə bağlı olan məsələlər və s. ilə əlaqədar bir sıra texniki problemlərin operativ həlli olacaq. Bütün bunlar mehriban qonşuluq əməkdaşlığının və birlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət etməlidir" -deyə G.Yevsyukov qeyd edib.

Xəbər lenti

Xəbər lenti