...

Bakıda "Türk Inşaat-2005" sərgisi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 13:14 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, noyabrın 29-da Bakıda Heydər Əliyev adına idman-konsert kompleksində Türkiyədə istehsal olunan inşaat materiallarının nümayiş olunacağı 4 günlük "Türk Inşaat-2005" sərgisi açılıb. Açılış mərasimində Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı, Expotim şirkətinin (sərginin təşkilatçısı) idarə heyətinin üzvü Bülənt Ərtən və başqaları iştirak edib.

A.Şərifov tədbirin keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Azərbaycanda ilk sərgi Türkiyə şirkətləri tərəfindən təşkil olunub. "Azərbaycanda böyük perspektivlərin olduğu inşaat sektoru inkişaf edir. Bu, nəinki paytaxtda, həm də regionlarda müşahidə olunur. Buna görə də Türkiyə və digər ölkələrin sahibkarları Azərbaycanda böyük bazarın olması qənaətindədir. Nəticədə isə bu bazara yeni şirkətlər cəlb olunur", - deyə o qeyd edib.

O bildirib ki, Türkiyə şirkətləri Azərbaycanın iri layihələrində, xüsusilə "Şimal" DRES-də birinci buxar-qaz qurğusunun inşası, Bakı-Tbilisi-Ceyhan neft-kəmərinin çəkilməsi, yolların salınması layihələrində iştirak edib. T.Moralı isə vurğulyıb ki, Bakı regionda vacib paytaxta çevrilir.

Sərgidə Türkiyədən 75 şirkət iştirak edir. Onların 70-i Azərbaycanda ilk dəfə təmsil olunur. Sərgidə inşaat materialları, müasir qapı və pəncərələr, mərmər, inşaat qurğu və cihazları nümayiş etdirilir.

Xəbər lenti

Xəbər lenti