...

AZAL qəzaya uğramış AN-140-100 təyyarəsinə görə $8 mln. məbləğində sığorta alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 21:07 (UTC +04:00)

Sığorta qaydalarına əsasən, Xarkov dövlət aviasiya müəssisəsinin (Ukrayna) istehsalı olan və dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğrayan AN-140-100 təyyarəsinə görə AZAL DK $8,5 mln. məbləğində sığorta alacaq. Trend in məlumatına əsasən, dekabrın 28-də keçirilən mətbuat konfransında AZAL DK-nin rəhbəri Cahangir Əsgərov bu barədə bildirib.

Onun sözlərinə görə, həlak olan hər bir sərnişinin ailəsi 115 mln. manat yaxud $25 min alacaq. "Eyni zamanda xüsusilə əgər həlak olmuş sərnişinin yetkinlik yaşına çatmamış övladı varsa, biz onlara hər bir uşaq üçün orta əmək haqqı həcmində vəsait ödəyəcəyik",- skazal on.

C.Əsgərov qeyd edib ki, kompensasiyaların ödənməsinə artıq 2006-cı ilin fevralından başlanıla bilər. DK başçısı həm də qeyd edib ki, hər bir ekipaj üzvünün ailəsi ayrıca olaraq aviasiya sığortası kimi $10 min alacaq.

Xəbər lenti

Xəbər lenti