...

MasterCard daha bir Azərbaycan bankını üzvlüyə qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 17:28 (UTC +04:00)

Fevralın ortalarında Texnikabankın MasterCard beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvlüyünə qəbul ediləcəyi gözlənilir. Bu barədə Trend ə bankın İdarə Heyətinin sədri Xaqani Quluzadə məlumat verib. Bütün emitentlərin çip texnologiyasına keçməsi ilə əlaqədar Texnikabank üçün MasterCard-ın kartları çipdə buraxılacaq. Bankın sədr müavininin qeyd etdiyi kimi, bir ay ərzində digər beynəlxalq ödəniş sistemi Iisa International-ın çip kartlara keçməsi ilə əlaqədar sertifikatlaşma başa çatacaq. 2004-cü ildən bu sistemin üzvü olan bank maqnit zolaqlı kartlar buraxmağa başlayıb.

Bu il bank kart emissiyalarının həcmini 50 minə çatdırmaq niyyətindədir. Bu günə kimi Iisa International sistemində 20 min kart buraxılıb. Bankın hələlik lokal kartlardan başlasa da, lakin X.Quluzadənin sözlərinə görə, onların buraxılışı hələlik dayandırılıb.

Kartlarla xidmətə gəldikdə, Texnikabank paralel olaraq "Azərikard" və "Millikart" pressinq mərkəzləri vasitəsilə işləmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti