...

BMİ-nin nümayəndələri Azərbaycanın mikromaliyyə bankının Müşahidə şurasında iştirak etmək üçün Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 15:29 (UTC +04:00)

Azərbaycanda maliyyə layihələrinin monitorinqi üçün Almaniyanın KfW yenidənqurma bankının Mixail Yainçik və Mark Şvitedən ibarət nümayəndə heyəti 10-12 fevralda Bakıya gələcək. Bu barədə Trend ə KfW bankı Bakı ofisinin rəhbəri Natiq Abdullayev bildirb.

Həmin tarixdə AYİB, QTİB, BMK və LfC konsaltinq şirkətinin nümayəndələri də səhmdarları olduğu Azərbaycanın mikromaliyyə bankı (AMMB) Müşahidə şurasında iştirak üçün paytaxta gələcək. Rotasiyaya əsasən bankın Müşahidə şurasının sədri KFW-nin nümayəndəsi Mark Şvitedir.

Bankın səhmdarları tərəfindən ötən ilin yekunları, bankın nizamnamə kapitalının (NK) artırılması imkanı nəzərdən keçiriləcək. Bu gün bankın NK $6,850 mln. təşkil edir və bu səviyyəyə KFW bankının $1,710 mln. həcmində payının ödənməsi və digər səhmdarlar olan LfC konsaltinq şirkətinin öz paketini $390 minədək genişləndirməsi nəticəsində nail olunub.

Hazırda AMMB-nin bütün səhmdarlarının iştirak payı aşağıdakı kimi bölüşdürülüb: KFW-yə 24,96%, LfC şirkəti - 5,7%, QTİB və BMK 25,55% olmaqla ($1,750 mln.), AYİB isə 19,24% ($1,250 mln.) malikdir.

Almaniya bankı nümayəndə heyətinin digər məqsədi Almaniya-Azərbaycan fondunun fəaliyyətinin monitorinqidir.

Xəbər lenti

Xəbər lenti