...

BVF istehlakçı qiymətləri indeksinin hesablanması üzrə yeni metodologiyanın işlənib hazırlanmasında Dövlət statistika komitəsinə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2006 20:30 (UTC +04:00)

Beynəlxalq valyuta fondunun (BVF) Azərbaycan Dövlət statistika komitəsinə texniki yardımı çərçivəsində fevralın 28-dən martın 3-dək fondun missiyası Bakıya səfər edəcək. Bu barədə Trend ə BVF-in Bakı nümayəndəliyində bildirilib. Missiyaya BVF-in statistika departamentinin aparıcı eksperti Maykl Silver başçılıq edir.

Səfərin əsas məqsədi istehlakçı qiymətləri indeksinin hesablanması üzrə yeni metodologiyanın işlənib hazırlanmasıdır.

Valyuta fondu Dövlət statistika komitəsinə 1993-cü ildən metodik hissə etibarilə texniki yardım göstərir. Fondun ekspertləri ilin hər rübü respublikaya milli hesablama sistemi ilə tanışlıq üçün gəlir və onları hər şeydən çox qiymət statistikası maraqlandırır.

Xəbər lenti

Xəbər lenti