...

AMB FinA International xarici bank nəzarəti sistemi yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2006 19:47 (UTC +04:00)

Azərbaycanın Milli bankı (AMB) FinA International (FinA) yeni xarici bank nəzarəti sisteminin tətbiqi üzrə pilot layihəsinin gerçəkləşdirilməsinə başlayıb. Trend AMB-nin məlumatına istinadən bildirir ki, sistem Azərbaycanın kommersiya banklarının maliyyə göstəricilərinin təhlili və yığılması üzrə müasir informasiya texnologiyaları əsasında fəaliyyət göstərir. Həmin sistemin əsas funksiyası bank nəzarəti əməkdaşlarının vaxtında düzgün maliyyə təhlilləri ilə təmin edilməsidir.

FinA pilot sisteminin tətbiqi ABŞ beynəlxalq inkişaf Agentliyi USAID və AMB-nin birgə fəaliyyəti nəticəsində həyata keçirilir.Məlumatda da qeyd olunduğu kimi, AMB USAID tərəfindən yaradılmış FinA istifadəçiləri qrupuna qoşulmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti