...

Bakıda Beynəlxalq Sığorta Şirkətinin ilk şöbəsi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2006 18:10 (UTC +04:00)

Fevralın 27-də Mətbuat prospekti 18/7 ünvanda Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) müştərilərə xidmət üzrə ilk şöbəsinin açılışı keçirilib. Trend in məlumatına görə, açılış mərasimində şirkətin satış və marketinq şöbəsinin direktoru Rəşid Cabbarlı bildirib ki, şöbədə müstəqil mövcud olma imkanına malik lokal sistemin yaradıldığını və məlumatların baş ofisin serverinə göndəriləcəyini bildirib. BSŞ-nin şöbəsi vasitəsilə sığortalama şirkətin hamıtərəfindən qəbul edilən standart tarifləri əsasında aparılacaq.

Əməkdaşların peşə səviyyəsinin yüksəldilməsi üçün aprel ayında Koch Finance əməkdaşları üçün kurslar keçirən Türkiyədən olan treninq qrupu tərəfdən kursların təşkil olunacağı planlaşdırılır. Təhlükəsizlik nöqteyi-nəzərindən, bir müddətdən sonra şirkətin təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının əməkdaşları tərəfindən şöbədə audit keçiriləcək. ABB-nın İdarə Heyətinin müavini Emin Mustafayevin tövsiyyəsi üzrə şöbənin fəaliyyəti beynəlxalq standartlara uyğun olmalıdır.

2006-cı ildə BSŞ filial şəbəkələrinin genişləndirilməsi üzrə plan nəzərdə tutub. Ötən il ilk filial Gəncədə açılıb, bu il isə Şəkidə və Lənkəranda yeni filialların açılması planlaşdırılıb. Perspektivdə növbədə Əli Bayramlı və Naxçıvan MR-dır.

Xəbər lenti

Xəbər lenti