Yanvar ayında Naxçıvan Muxtar Respublikasına 1805,4 min AZN məbləğində sərmayə qoyulub ki, bu da 2005-ci ilin müvafiq dövründəkindən 12,9 % çoxdur. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.
Bu dövr ərzində tikinti-quraşdırma işlərinə ayrılmış sərmayənin həcmi 9,9% artaraq 1711,1 min AZN təşkil edib. Bu göstərici ümumi investisiyaların 94,8%-dir.
Nümayəndəlikdən o bildirilib ki, yanvar ayında NMR-in tikinti müəssisələri tərəfindən 1567 min AZN məbləğində xidmət göstərilib ki, bu da 2005-ci ilin yanvar ayı ilə müqayisədə 14,9% çoxdur.
Azərbaycan Milli Bankının məlumatına görə, 28.02.06 tarixdə dolların manata nisbətdə rəsmi kursu 0,9130 AZN təşkil edib.