...

Lənkəranda "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" çərçivəsində seminar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 17:28 (UTC +04:00)

Lənkəranda heyvandarlıq sahəsində süni mayalandırma ilə bağlı monitorinq və 6 günlük seminar öz işinə başlayıb. Trend bildirir ki, tədbirin təşkilatçısı kənd təsərrüfatı Nazirliyi yanında k/t kreditləri üzrə dövlət Agentliyidir.

Seminarda "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" layihəsi çərçivəsində baytarlıq laboratoriyaları üçün mütəxəssislərin hazırlığı məsələləri müzakirə ediləcək.

Layihə çərçivəsində müasir avadanlıqla təchiz olunmuş 25 özəl baytarlıq məntəqəsi yaradılıb və artıq lazımi xidmətlər göstərilir.

Layihə çərçivəsində həmçinin torpaqların qeydiyyatı üzrə 10 regional mərkəz yaradılıb. İlk dəfə olaraq Haxçıvan MR-də daşınmaz əmlakın qeydiyyatı həyata keçirilib və orada ilk növbədə, bütün müvafiq məlumatlar qeyd edilib.

Layihə 2001-ci ildən Dünya Bankı ilə həyata keçirilir. Layihənin 4 il müddətinə nəzərdə tutulmuş birinci mərhələsinin gerçəkləşdirilməsinə $33,6 mln. ayrılıb. 10 illik layihənin ümumi dəyəri $100 mln. olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti