İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) 2006-cı ilin üç ayı ərzində dövlət büdcəsinə nəzərdə tutulmuş 124,12 mln. manat əvəzinə 125,61 mln. manat gömrük vergi və rüsumları toplanaraq köçürüb və proqnozu 101,2% yerinə yetirib. Trend bildirir ki, DGK-nin aprelin 3-də yaydığı məlumatda bu barədə deyilir.
Bu göstərici 2005-ci ilin analoji dövrü ilə müqayisədə 46,61 mln. Manat, yaxud 59% çoxdur.
Azərbaycanın Milli Bankının məlumatına görə, 03.04.06 tarixində dolların manata olan rəsmi məzənnəsi 0,9090 AZN. təşkil edib.