Azərbaycan Milli bankı tərəfindən açıqlanmış ödəmə sisteminə əsasən, 2005-ci ildə zəmanətli və zəmanətsiz kreditlərin, özəl sektora cəlb olunmuş kredit, depozit və digər kapital qoyuluşlarının əsas çəkisi xarici sərmayələrin ümumi həcminin 17,6%-ni təşkil edib. AMB-dən Trend ə verilən məlumata görə, bunların ümumi həcmi $861,8 mln olub ki, bu da 2004-cü illə müqayisədə 2,4 dəfə çoxdur.
Cəlb olunmuş kreditlərin ümumi həcminin 33,4%-i ($287,9 mln.) beynəlxalq neft-qaz müqavilələri çərçivəsində Azərbaycan ərazisində işlərin aparılması üçün BMİ-dən ayrılmış vəsaitin payına düşür. Hesabat dövrü ərzində birbaşa dövlət tərəfindən və dövlət zəmanət ilə $282,1 mln kredit cəlb olunub. BMF Bu məbləğin $19,7 mln-nu yoxsulluğun azaldılması layihəsi (PRGF) üzrə növbəti trank qismində ayırıb. Ötən il BMİ-nin ayırdığı kreditlərin $262,4 mln-u "AZAL" DK, "Azərenerji" və "Azərsu" SC-in investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Banklar, MM və firmalar tərəfindən $291,8 mln məbləğində kredit və sərmayələr cəlb olunub. 2004-cü illə müqayisədə xarici kapitalların strukturunda istifadə olunmuş vəsaitlərin həcmi 3,2 dəfə və ya $200,1 mln artıb. Nəticədə bu vəsaitlərin xüsusi çəkisi 4% artaraq 6% təşkil edib. İlin yekunları üzrə birbaşa dövlət tərəfindən və ya dövlət zəmanətilə kreditlərin cəlb olunması nəticəsində yaranmış dövlət borcu 42% və ya 1650 mln olub. ÜDM-də dövlət borcunun xüsusi çəkisi
5,5% azalaraq 13,1%-ə bərabər olub. Ölkənin strateji valyuta ehtiyatları ilə nisbətdə dövlət borcunun həcmi 64,2% olub. 2004-cü ildə bu göstərici 77,5% səviyyəsində olub. Bu o deməkdir ki, dövlət borcu ölkənin valyuta ehtiyatlarından $922 mln azdır.