...

Anar Axundov: BFB bu ilin sonunadək qiymətli kağızlar bazarı iştirakçılarının 25-30-a çatmasını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2006 17:07 (UTC +04:00)

Bakı Fond Birjası idarə heyətinin sədri Anar Axundov Trend ə bildirib ki, 2006-cı ilin sonunadək qiymətli dövlət kağızları sahiblərinin sayı 25-30-a çatacaq. Diversifikasiya nəticəsində bu bazarda kiçik və orta investorlar yaranacaq.

"İnvestorların sayının artması gözlənilir. Biz artıq elə səviyyəyə çatmışıq ki, bazarda 10 bank iştirak edir və bu, ötən ilki göstəricidən iki dəfə çoxdur" - deyə birjanın rəhbəri qeyd edib.

Hazırda ən böyük investor belə dövriyyədə olan kağızların 25%-dən çox paya malik deyil. "Bu, çox yaxşı diversifikasiyadır, çünki əvvəllər bəzi investorların əlində olan paketin həcmi 70%-ə çatırdı. Bu o deməkdir ki, repo və banklararası kreditləşdirmə bazarı inkişaf edəcək, ikinci bazarın fəallığı artacaq. Bu il biz fond birjasında keyfiyyət artımı və ikinci qiymətli kağızlar bazarının həcmcə birinciyə atmasını gözləyirik" - deyə A.Axundov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti