...

Heydər Babayev Koreya şirkətlərinə yeni əməkdaşlıq sahələri təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2006 11:45 (UTC +04:00)

Azərbaycan və Koreya arasında neft, kimya, yolsalma, kənd təsərrüfatı sahələri, bank və sığorta bazarında böyük əməkdaşlıq potensialı mövcuddur. Bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev Koreyanın ticarət, sənaye və energetika naziri Syu Kuin Çanqla görüşündə bildirib.

H.Babayev Azərbaycanda mövcud olan bəzi sahələrdə Koreya təcrübəsinin tətbiqi imkanlarını qeyd edib. O, Azərbaycanın ÜTT-yə daxil olmasında Koreyanın dəstəyinə ümid etdiyini bildirib.

Syu Kuin Çanq hər iki ölkə arasında əlaqələrin genişləndirilməsi imkanlarını və iqtisadi sahədə əməkdaşlığın inkişafına hər cür dəstəyin göstərilməsinə hazırlığı yüksək qiymətləndirib. Qonaq hesab edir ki, Koreya prezidentinin Azərbaycana səfəri hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti