...

Qarşılıqlı investisiyaların təşviqi məqsədilə Azərbaycan və Koreya arasında hüquqi baza yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 15:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı ilin sonunadək Koreya Respublikasına planlaşdırılan səfəri zamanı iki hökumətlərarası sazişin imzalanması planlaşdırılır. Trend in xəbər verdiyi kimi, Vergilər Nazirliyinin məlumatında deyilir ki, bu barədə vergilər naziri Fazil Məmmədovla görüşündə Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Lyu Kvanq Çal bəyan edib.

Bu, "İnvestisiyaların təşviqi və müdafiəsi haqqında" və "Gəlir və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" sazişlərdir. Səfir birinci sənəd üzərində işlərin başa çatmaq üzrə olduğunu deyərək, 2-ci sənədin hazırlıq vəziyyəti ilə maraqlanıb.

F.Məmmədovun sözlərinə görə, sazişin layihəsi artıq hazırdır və XİN-ə təqdim olunub. O, imzalanmaq üçün sənədin vaxtında təqdim olunmasının vacibliyini qeyd edib.

F.Məmmədov xarici iş adamlarının fəaliyyəti üçün ölkədə əlverişli vergi mühitinin olması, Azərbaycan Respublikasında vergi orqanlarının strukturu və fəaliyyəti, vergi ödəyicilərinə xidmətin təşkili, vergidən yayınma halları ilə mübarizə tədbirləri barədə səfiri məlumatlandırıb.

Görüşdə hər iki dövlətin vergi xidməti orqanları arasında ikitərəfli əlaqələrin qurulması perspektivləri də müzakirə edilib.

Səfir Azərbaycan və Koreya arasında ticarət imkanlarının böyük potensialını, ancaq mal dövriyyəsinin hələ də aşağı səviyyədə olduğunu bildirib. O hesab edir ki, Koreya prezidentinin Azərbaycana səfərindən sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açılıb.

Xəbər lenti

Xəbər lenti