...

Gürcüstan Türkiyənin "İukse Dominaçi" şirkətinin Bakı-Tbilisi –Axalkalaki-Qars marşrutu üzrə daşınma proqnozları ilə razı deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2006 13:03 (UTC +04:00)

Bakı-Tbilisi - Axalkalaki - Qars dəmiryolu xəttinin layihələndirilməsi çərçivəsində gürcü tərəfininin bəzi anlaşılmazlıqları var. "Gürcü dəmir yolu" MMC-nin baş diretkoru İrakli Ezuqbayanın Trend in Tbilisidəki xüsusi müxbirinə bildirdiyinə görə, iddialar Türkiyəyə aiddir və layihənin texniki-iqtisadi əsaslandırılmasına aidiyyəti var.

Onun sözlərinə görə, növbəti görüş iyun ayında baş tutacaq və bu görüşdə gürcü tərəfi bəzi iradlara dair türk tərəfinin cavabını gözləyir.

Üç ölkənin nəqliyyat nazirlərinin iyunun əvvəlinə təyin olunmuş görüşü iyun ayının sonuna keçirilib. Bu görüşdə layihələşdirilən Bakı-Tbilisi- Axalkalaki-Qars dəmir yolu layihəsinin təfərrüatlarının müzakirəsi nəzərdə tutulub. Görüş Tbilisidə keçiriləcək.

Bu görüşdə tərəflər maliyyələşdirmə sxemini müzakirə edəcəklər. Azərbaycan tərəfi Gürcüstana tarifləri, Gürcüstanın payını və s. nizama sala biləcək BM-in yaradılmasını təklif etmək niyyətindədir.

Bundan başqa, tərəflər Türkiyənin "İukse Dominaçi" şirkəti tərəfindən təqdim olunmuş texniki - iqtisadi əsaslandırmanı müzakirə edəcəklər. Bu şirkət Türkiyənin nəqliyyat nazirliyi tərəfindən elan edilmiş tenderdə qalib gəlib.

Tbilisi "İukse Dominaçi" şirkətində hazırlanmış texniki-iqtisadi əsaslandırmada Bakı-Tbilisi-Axalkalaki-Qars marşrutu üzrə daşınma proqnozları ilə razı deyil.

Ezuqbaya bildirib: "Əgər türk tərəfi layihənin texniki-iqtisadi əsaslandırması üzrə iş aparmaq iqtidarında deyilsə, o zaman bununla Gürcüstan məşğul ola bilər".

Xəbər lenti

Xəbər lenti