...

Heydər Babayev: "Azərbaycanın sabit iqtisadi inkişafı üzrə dövlət proqramı razılaşdırılıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2006 13:48 (UTC +04:00)

Ötən həftə 2006-2015-ci illərdə sabit iqtisadi inkişaf və yoxsulluğun azaldılması üzrə dövlət proqramının layihəsinin son varinatı müvafiq idarə və nazirliklərlə razılaşdırılıb.

Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, donor təşkilatlarla əlaqədar məsələlər həll olunduqdan sonra layihə Nazirlər Kabinetinə təqdim olunacaq. NK-nın tövsiyəsinə əsasən, cari ilin dekabrınadək təsdiq olunması üçün layihə üzərində işlər iyulun 1-dək başa çatmalıdır.

Nazir qeyd edib ki, layihədə yoxsulluğun azaldılması üçün dövlət büdcəsi xərclərinin dəqiq qrafiki yolxdur. Bununla belə, artıq 2010-cu ildə Azərbaycanda yoxsulluğun aradan qaldırılması da mümkündür.

Xəbər lenti

Xəbər lenti