...

Azərbaycan və Koreya gömrük xidmətləri arasında əməkdaşlığa dair görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 19:47 (UTC +04:00)

İyulun 5-də Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan-Koreya gömrük xidmətləri arasında əməkdaşlığa dair görüş keçirilib. Trend xəbər verir ki, görüşdən öncə Koreya gömrük xidməti komissarının müavini Park Çin Heonun başçılıq etdiyi nümayəndə heyəti DGK-nin İnformasiya Sorğu Mərkəzi və Gömrük Tarixi Muzeyi ilə tanış olublar.

DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev bildirib ki, Azərbaycan və Koreya arasında əlaqələrin sürətlə inkişafı bütün sahələrdə özünü büruzə verib. DGK-nin fəaliyyətinin əsas istiqamətlərindən birinin də digər dövlətlərin gömrük xidmətləri ilə əməkdaşlığın gələcək inkişafı və möhkəmləndirilməsinə yönəldiyini bildirən R.Həsənəliyev son üç ildə Koreya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 2,5 dəfə artdığını deyib. Komitə rəsmisi onu da vurğulayıb ki, DGK Azərbaycanda gömrük işinin modernləşdirilməsi və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində Koreya tərəfi ilə sıx əməkdaşlıq edir.

Koreyalı qonaq qloballaşan dünyada bütün sahələrdə olduğu kimi gömrük xidmətləri arasında da sıx əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyini vurğulayıb. Park Çin Heon Koreya Gömrük Xidmətinin quru sərhədlərdə gömrük nəzarətinin təşkilinə dair DGK-nin təcrübəsinin öyrənməkdə maraqlı olduğunu nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti