...

Milli Məclisin payız sessiyasında "Yaradıcı təşkilatlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2006 17:47 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında "Yaradıcı təşkilatlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasından bildiriblər.

O da qeyd olunub ki, artıq adıçəkilən qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. Qanun yaradıcı təşkilatların fəaliyyəti zamanı yaranan münasibətləri tənzimləyəcək. Bildirilib ki, hazırda bu qanun qəbul olunmadığından yaradıcı təşkilatların fəaliyyətində boşluqlar mövcuddur. Qəbul ediləcək qanunda isə yaradıcı təşkilatların səlahiyyətləri, hüquqları və fəaliyyət prinsipləri öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti