...

6 ay ərzində 822 sahibkarlıq subyektinə güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2006 18:16 (UTC +04:00)

Bu ilin iyulun 1-nə qədər Sahibkarlığa Kömək Milli Fondunun hesabına səlahiyyətli kredit təşkilatlarına 54 şəhər və rayon üzrə 822 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 39,6 mln. AZY həcmində güzəştli kredit verilib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İqtisadi İnkişaf Nazirliyindən xəbər verilib.

Güzəştli kreditlər sənaye məhsulları istehsalı, kənd təsərrüfatı istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının, turizm infrastrukturun, xidmət sahələrinin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Maliyyələşdirilən layihələrin 80%-dən çoxu regionların payına düşür və onların 90%-i istehsal və emal yönümlüdür. Qalan layihələr isə xidmət və turizm sahələrini əhatə edir. 2006-cı ildə ayrılmış kreditlər hesabına 8000 yeni iş yeri açılıb.

Bu il dövlət büdcəsindən sahibkarlığın inkişafına əvvəlki ilə nisbətən iki dəfə artaraq 80 mln. AZY təşkil edib. 6 mln. AZY Naxçıvan MR üçün nəzərdə tutulub.

Fonda ayrılmış 74 mln. AZY 31 müsabiqə komissiyasə tərəfindən seçilmiş səlahiyyətli kredit təşkilatı vasiətsilə paylaşdırılır. Hazırda 1-ci və 2-ci mərhələ üzrə nəzərdə tutulmuş 42 mln. AZY həcmində vəsait Fondun hesabına köçürülüb.

Xəbər lenti

Xəbər lenti