...

Azərbaycan MDB yüksək maliyyə nəzarəti orqanları rəhbərləri şurasının sessiyasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2006 18:55 (UTC +04:00)

Azərbaycan Hesablama Palatasının (HP) nümayəndə heyəti MDB ölkələri yüksək maliyyə nəzarəti orqanlarının (YMNO) rəhbərləri şurasının III sessiyasında iştirak edəcək. Palatadan Trend ə verilən məlumata əsasən, HP-ın nümayəndə heyətinə Namiq Nəsrullayev rəhbərlik edəcək. İclas sentyabrın 5-6-da Minskdə keçiriləcək.

Görüşdə Belarus, Gürücstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Moldova YMNO-ların nümayəndə heyətinin iştirakı gözlənilir.

Əvvəlki sessiya 2005-ci ilin sentyabrında Kişinyovda keçirilib ki, burada başda N.Nəsrullayev olmaqla MM-in nümayəndə heyəti də iştirak edib. Sessiyada müzakirə olunan əsas məsələlər MDB ölkələri YMNO-nun vəsaitlərin büdcəyə daxilolmalarının tamlığının təminatında rolu, YMNO-nun keçirilmiş auditlərin nəticələri üzrə təklif və tövsiyələrinin gerçəkləşdirilməsi məsələlərinin müzakirəsi olacaq.

Sessiyanın yekunları üzrə "Büdcəyə daxilolmaların tamlığının təminatında rolu haqqında" və "MDB ölkələri YMNO-nun tövsiyələrinin gerçəkləşdirilməsi haqqında" qətnamələr qəbul olunub.

YMNO rəhbərləri şurası 2000-ci ildə dövlət maliyyə nəzarəti və həmin sahədə təcrübə mübadiləsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti