...

Qazaxıstan-Azərbaycan işguzar klubu yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2006 12:50 (UTC +04:00)

Xəzər İnteqrasiya İşgüzar Klubu (Caspian Integration Business Club - CIBC) və Caspian Energy beynəlxalq nəşriyyat evi dövlət strukturları və ictimai təşkilatların dəstəyilə Qazaxıstan-Azərbaycan işguzar klubunun yaradılmasına başlayıb.

Bu barədə Trend "CIBC"a istinadən xəbər verib.

Layihə Qazaxıstan və Azərbaycanda həm şirkətlər ilə rəsmi dövlət qurumları arasında, həm də iş adamları arasında işbirliyi yaratmağa yönəldilib.

Layihə neft və qeyri-neft sahələrində investisiya layihələrinin gerçəkləşdirilməsi məqsədilə sabit informasiya məkanının yaradılmasına, Qazaxıstan və Azərbaycan sahibkarlarının iş coğrafiyasının genişləndirilməsinə xidmət edəcək.

Bu layihə iki ölkənin təsərrüfat subyektinə sərfəli iqtisadi əlaqələr yaratmağa kömək edəcək ki, bu da öz növbəsində mal dövriyyəsi, ölkələrin investisiya cəlbediliyinin artmasına və yeni bazarlara çıxışa yol açacaq.

Layihəni CIBC(200 şirkət) və Caspian Energy bazasında gerçəkləşdirmək planlaşdırılır. Azərbaycan-Qazaxıstan işguzar klubunun rəhbəri və baş icraçı direktoru Xəzər İnteqrasiya İşguzar Klubunun prezidenti və icraçı direktoru Telman Əliyev elan edilib.

Xəbər lenti

Xəbər lenti