...

İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2006 19:58 (UTC +04:00)

İqtisdai Əməkdaşlıq Təşkilatının (İƏT) Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası Bakıda keçiriləcək. Belə bir qərar iyulun 3-5-də İstanbulda keçiriləcək 5-ci iclasda qəbul olunub.

Azərbaycan Dövlət Gömrük Komitəsindən Trend ə verilən məlumata əsasən, tədbirdə ölkənin nümayəndə heyətinə DGK-in sədri Aydın Əliyev rəhbərlik edib. Görüşdə təşkilat çərçivəsində əməkdaşlığa dair məruzələr dinlənilib, əvvəllər qəbul olunmuş qərarların gerçəkləşdirilməsilə bağlı vəziyyət təhlil olunub.

Tərəflər qaçaqmalçılıq və gömrük qaydalarının pozulması üzrə məlumat bankının yaradılmasını, gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş layihəsini, bu sahədə təkmilləşdirilmiş məlumat mübadiləsi mexanizmini müzakirə edib.

A.Əliyev forumda çıxış edib və Azərbaycanın qaçaqmalçılıq və gömrük qaydalarının pozulması üzrə məlumat bankının yaradılması haqqında sazişə qoşulması barədə sənəd imzalayıb.

A.Əliyev gələn il üçün şuranın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti