...

Kərəm Həsənov: "Azəralüminium" səmərəli investisiya təklifi irəli sürən şirkətə verilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 19:12 (UTC +04:00)

"Strateji investorlar olduqda "Azəralüminium" müəssisəsinin özəlləşdirilməsi həyata keçiriləcək. Təkliflər var. Dövlət layihə üzrə yaxşı investisiya təklifi irəli sürən şirkətlə işləyəcək"- deyə, Trend agentliyinin məlumatına əsasən, Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov bildirib. Şirkətin seçimi müsabiqə əsasında həyata keçiriləcək.

Əvvəllər dövlət Fondel Metall ilə bu müəssisənin idarə olunması haqqında imzalanmış müqaviləni pozmuşdu. Belə ki, şirkət investisiya öhdəliyi yerinə yetirməyərək $202 mln. əvəzinə 3 il ərzində cəmi $48 mln. vəsait yatırıb.

Onun sözlərinə görə, hazırda Sumqayitda həmin müəssisənin ikinci korpusunun tikintisi gedir ki, bu korpusun illik istehsal gücü 30 min tona bərabər olacaq. Bundan başqa Gəncədə ildə 100 min ton gücündə gil-torpaq kombinatının inşası nəzərdə tutulub. Bu kombinatın tikintisi alüminium satışından əldə olunacaq gəlir hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti