...

"Təhsil krediti haqqında" yeni qanun layihəsi hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2006 11:44 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının üzvləri "Təhsil krediti haqqında" yeni qanun layihəsi hazırlayıb. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

O da bildirilib ki, yeni qanun layihəsi daha keyfiyyətli təhsillə yanaşı gənclərin bütün təbəqələrinin təhsil hüququndan istifadəsinə şərait yaradacaq. Layihədə həm də pulsuz kommersiya təhsili ilə bağlı müddəalar əksini tapacaq. Sənəd daha çox təbəqəni əhatə edəcək. O da bildirilib ki, adıçəkilən sənəd beynəlxalq təcrübəyə əsasən hazırlanıb. Qanun layihəsinin iki variantı hazırdır.

Sənəd əvvəlcə iqtisadi siyasət daimi komissiyasında müzakirəyə çıxarıldıqdan sonra elm və təhsil komissiyasında baxılacaq. Komissiyalardla aparılan müzakirələrdən sonra sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti