...

Bu günlərdə Çin Xalq Respublikasından Gəncə Avtomobil Zavoduna hissələr gətiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2006 19:41 (UTC +04:00)

Çan Qan avtomobil şirkəti ilə bağlanan müqaviləyə uyğun olaraq Çin Xalq Respublikasında konteynerlərə avtomobil hissələri artıq yüklənib. Bu barədə məlumatı Gəncə Avtomobil Zavodunun direktor köməkçisi Teymur Cabbarzadə bu günlərdə ÇXR-dən qayıtdıqdan sonra verib. Onun sözlərinə görə, yaxın vaxtlarda konteynerlər Azərbaycana yola salınacaq. Maşın hissələri Gəncə Avtomobil zavoduna çatdıqdan sonra təxminən avqustun ortalarında orta tonajlı avtomobillərin və mikroavtobusların yığılmasına başlanılacaq. Direktor köməkçisinin sözlərinə görə, birinci etapda bütün komponentlər Çindən gətiriləcək. Lakin gələcəkdə bəzi ehtiyat hissəsələrinin burada istehsalı da nəzərdə tutulur. Teymur Cabbarzadə onu da bildirib ki, Gəncə Avtomobil Zavodu Ulyanovsk Avtomobil Zavodu ilə münasibətləri tamam dayandırıb. Onun sözlərinə görə, UAZ avtomobilləri EVRO- 2 standartlarına uyğun gəlmir. Cabbarzadə onu da əlavə edib ki, son zamanlar UAZ-dan GAZ-a göndərilən avtomobil komplektləri arasında çoxlu sayda yararsız hissələr olurdu. Həmçinin bəzən hissələrin çatışmazlığı faktı da aşkarlanırdı.

Xəbər lenti

Xəbər lenti