...

Azərbaycanda pambıq yığımı 200 min ton səviyyəsində proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 12:46 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda pambıq istehsalı 200 min ton səviyyəsində proqnozlaşdırılıb, bu isə 2005-ci ildən 5 min ton çoxdur. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsullarının istehsalı və emalı və torpaqdan istifadəyə nəzarət şöbəsinin başçısı Sabir Əliyev xəbər verib.

Onun sözlərinə görə, bu il pambığın əkin sahəsi 110 min hektar təşkil edib və bu ötən ildəki ilə eynidir.

2005-ci ildə Bərdə, İmişli və Saatlıda pambıq yığımı yüksək olub. Ən çox məhsuldarlıq hər hektara 20 sentnerdən 22,5 sentnerə qədər təşkil edib.

Xəbər lenti

Xəbər lenti