...

Azərbaycan dəmir yolu tranzit neft yüklərinin qəbulunu qismən dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 13:33 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) iyulun 19-dan şimal istiqamətində nəql edilən ("Yalama" buraxılış məntəqəsi) tranzit neft və neft məhsullarının qəbulunu dayandırıb. Bu barədə Trend ə ADDY-dən xəbər veriblər.

Daşımaların bölgə bazarından Trend ə məlum olduğu kimi, hazırda Gürcüstanın Batumi limanı əsasən ABƏŞ-in "Azəri-Çıraq-Günəşli" yatağında hasil etdiyi və Bakı-Batumi marşrutu üzrə nəql etdiyi neftin boşaldılması ilə məşğuldur. Bunun nəticəsində neftdaşıyan tutumların və daşınma üçün lokomotiv parkının çatışmazlığı müşahidə olunur.

Hazırda sərhəd keçidində içində Türkmənistandan gətirilən mazut və dizel yanacağı olan təxminən 1 500 sistern dayanıb.

Lakin yaxın zamanlarda bu problemin tamamilə həll ediləcəyi gözlənilir. Sentyabr ayından ABƏŞ Azeri Light növlü neftin dəmir yolu ilə Gürcüstanın Batumi limanına ixracını dayandırmağı planlaşdırır. Neftin Batumiyə ixracının dayandırılması Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin istismara verilməsi ilə bağlıdır. Sentyabrın əvvəlinə qədər BTC Co şirkəti Bakı-Ceyhan boru kəmərində bir sıra işləri tamamlamağı planlaşdırır, bu isə əvvəllər Batumiyə ixrac edilən həcmləri bu boru kəməri ilə nəql etməyə imkan verəcək. Bu il Batumiyə hər ay orta hesabla 430 min tondan bir qədər artıq Azeri Light nefti ixrac olunub.

Xəbər lenti

Xəbər lenti