...

Azərbaycan dəmir yolunda qışda Batumi istiqamətində yüklərin boşaldılıb yüklənməsi ilə bağlı problem gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 16:15 (UTC +04:00)

Bu il Azərbaycandan Qara dənizin Poti və Batumi limanlarına neft nəqli ilə bağlı problem gözlənilmir. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu idarəsindən bildiriblər.

Əvvəllər Batumi limanında yüklərin emalı üçün kifayət qədər istehsal obyekti, həmçinin neftin qəbulu üçün lazımi infrastruktur olmadığından, qış vaxtı problemlər yaranırdı. Bunlar 3000 min sisternin dayanmasına səbəb olur və nəticədə doldurma müvəqqəti olaraq dayandırılırdı.

ADDY-də qeyd ediblər ki, bu il belə problemlər gözlənilmir. Bu, liman infrastrukturunun təkmilləşdirilməsi, həmçinin Azərbaycan və Gürcüstan xidmətlərinin əlaqəli işi ilə izah edilir.

Batumi neft terminalı 2006-cı ilin yanvar-iyun aylarında ümumilikdə 6,4 mln. ton neft yükü daşıyıb, 2005-ci ilin analoji dövründə isə bu göstərici 4,3 mln. ton olub.

Batumi neft terminalı ildə 15 mln. tona qədər neft yükü daşımağa qadirdir. Aframax sinifli gəmilər üçün aparıla bilən buy da daxil olmaqla, terminal dörd körpüdə 30-90 min ton dedveytli tankerlərə xidmət göstərir. Hazırda terminalın çən parkının gücü təxminən 530 min ton təşkil edir, bu isə dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin daşınması üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti