...

Azərbaycan Vergilər Nazirliyi həvəsləndirici lotereyanın keçirilmə qaydalarını sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 19:04 (UTC +04:00)

Vergilər Nazirliyi həvəsləndirici lotereyanın keçirilmə qaydalarında dəyişiklik etməyi planlaşdırır. Bu barədə Trend ə Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi Habil Məmmədov bildirib. İlkin məlumatlara görə, vergi orqanlarında bir lotereya almaq üçün ümumi məbləği 20 manat olan ən azı 40 çek təqdim etmək lazım olacaq. Bu zaman çeklərin yığılma müddəti də azaldılacaq.

Birinci lotereya oyunu çərçivəsində üç ay ərzində 500 manatlıq ən azı 100 çek təqdim etmək laızm idi. İlk lotereya oyunu iyulun 20-də baş tutub. H.Məmmədovun sözlərinə görə, buraxılmış 5 min lotereyadan 4415-dən istifadə edilib. Onları əldə etmək üçün vergi orqanlarına 2,349 mln. manatlıq 450 305 çek təqdim edilib.

Qaydalar dəqiqləşdirildikdən sonra ikinci lotereya kampaniyasına start veriləcək. Həm də bu gün başlanmış geniş miqyaslı operativ reydlər də nəzarət-kassa aparatlarının tətbiq edilməməsi ilə bağlı pozuntuların aradan qaldırılmasına şərait yaradır. H.Məmmədovun sözlərinə görə, lotereya kampaniyası zamanı çeklərin əldə olunması ilə bağlı vergi orqanlarına əhalidən çoxlu sayda şikayət daxil olub.

Xəbər lenti

Xəbər lenti