...

Naxçıvan polisinə yeni avtomobillər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 13:19 (UTC +04:00)

Bu il artıq bir neçə dəfədir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Orqanlarına yeni nəqliyyat vasitələri verilir. Bu il polis gününə həsr edilmiş mərasimdə Yol Polisi əməkdaşlarının xidməti istifadəsinə 15 yeni motosiklet verilib. MR Ali Məclisinin sədri Vasif Talıbov yeni avtomobollərin Naxçıvan şəhər polis idarəsinə verildiyini, gələcəkdə isə rayon polis şöbələrinə də veriləcəyini bildirib.

Mərasimdə iştirak edən NMR Daxili İşlər Nazirlyinin mühafizə şöbəsinin rəisi, polis polkovniki Kamal Quliyev polis orqanlarının işinin təkmiləşdirildiyini, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib.

Ali Məclisin sədri NMR Daxili İşlər Nazirliyinin dövlət yol polisi və mühafizə şöbəsinin əməkdaşlarını yeni avtomobillərin verilməsi münasibətilə təbrik edib və 5 ədəd BMW avtomobolinin açarını dövlət yol polisinə, 1 ədəd Iolkswagen avtomobilinin açarını isə mühafizə şöbəsinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti