...

Türkiyənin Kerevitaş şirkəti Azərbaycanda öz nümayəndəliyini açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2006 12:14 (UTC +04:00)

Türkiyədə balıq sənayesinin liderlərindən biri olan Kerevitaş şirkəti Bakıda öz nümayəndəliyini açmaq niyyətindədir. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, müvafiq bildiriş şirkət rəhbərliyi tərəfindən İstanbul əmtəə-xammal birjasına göndərilib.

Bildirişdə qeyd olunub ki, şirkət məhsullarının, o cümlədən məşhur Superfresh Kerevitaş brendinin xaricdə satışı məqsədi ilə tezliklə Azərbaycanda nümayəndəliyin açılışı nəzərdə tutulub.

Şirkət artıq ofis üçün yer axtarmağa başlayıb. Bu ofis vasitəsilə xaricə topdan tədarüklər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti