...

Epizotiya ilə mübarizə çərçivəsində preparatların alqısı haqqında elan olunmuş tenderin qalibi müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2006 14:38 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti epizotiya ilə mübarizə çərçivəsində bioloji preparatların alqısı haqqında elan etdiyi tenderin qalibini müəyyənləşdirib. Trend xəbər verir ki, Ridan Injiniring tenderin qalibi elan olunub. Tender iki lot - vaksin, diaqnostikum və raektivlərin alqısı üzrə keçirilib.

Dövlət qurumu hər il bioloji preparatların alqısı ilə məşğul olur.

Dövlət Baytarlıq Xidməti 2004-cü ilin oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin "Aqrar sektorda idarəçiliyin təkmilləşdirilməsi tədbirləri haqqında" sərəncamı ilə yaradılıb. Dövlət Baytarlıq Xidməti Azərbaycan ərazisində heyvanların (mal-qaranın, quşların, balıqların, vəhşi heyvanlarn və başqalarmm) müxtəlif xəstəliklərdən qorunmasmı və onlarm müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunmasmı, ölkə ərazisini xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən qorunmasını təmin edən, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq-sanitariya keyfiyyətinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Xəbər lenti

Xəbər lenti