"YUTeyr" aviaşirkəti" ASC (UTair Aviation) 2006-cı ilin yay naviqasiyası çərçivəsində beynəlxalq reyslərin sayını artırır. Trend in şirkətin məlumatına istinadən verdiyi xəbərə görə, 2006-cı il avqustun 24 və 25-də aviaşirkət Bakı-Ufa-Yeni Urenqoy (cümə axşamı və cümə günləri) və Bakı-Xantı-Mansiysk-Nijnevartovsk (cümə və şənbə günləri) marşrutları üzrə yeni mütəmadi reyslər həyata keçirir.
Bu istiqamətlər üzrə uçuşlar Tu-134 təyyarəsi ilə həyata keçiriləcək. Rahat proqram sayəsində aviaşirkətin sərnişinləri istənilən təyinat məntəqəsinə, o cümlədən daha az vaxt və maliyyə xərcləri ilə xaricə gedə bilmək imkanını malikdirlər.
Biznes-plana əsasən, 2006-cı ildə "YUTeyr" aviaşirkəti 12 yeni reys tətbiq edəcək və 2,5 milyondan çox sərnişin daşıyacaq. "YUTeyr" aviaşirkəti" (UTair Aviation) ASC cari ilin yanvar-iyul aylarında 1 mln. 319 min 296 sərnişin daşıyıb. Bu isə ötən ilin analoji dövrünün göstəricilərindən 35,5% çoxdur.