...

Azərbaycan və Almaniya bu gün hökümətlərarası danışıqların yekununa görə protokol imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2006 15:33 (UTC +04:00)

Avqustun 14-də Bonnda başlanmış Azərbaycan-Almaniya hökümətlərarası danışıqları davam edir. İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən xəbərə görə, danışıqlarda Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Danışıqların ilk günündə KFW Almaniya inkişaf bankı ilə kreditlərin zəmanət fondunun yaradılması ilə bağlı razılaşma müqaviləsi imzalanıb. Müqavilədə Azərbaycan banklarının xarici maliyyə institutlarından aldığı kreditlərin zəmanəti üçün 4 mln. avro həcmində qrantın istifadəyə başlanması nəzərdə tutulub.

Danışıqlarda Azərbaycanda həyata keçirilən və eləcə də gələcəkdə həyata keçiriləcək layihələr müzakirə edilib.

Görüşdə həmçinin AzDRES-İmişli elektrik verilişi xəttinin çəkilişi üçün 30 mln. avro həcmində güzəştli kreditin ayrılması da təsdiq olunub. Səfər çərçivəsində H.Babayev Almaniyanın Parlamentar dövlət katibi Korin Kortmanla görüşüb. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin daha da genişləndirilməsi perspektivləri gözdən keçirilib.

Bu gün Azərbaycan-Almaniya danışıqları üzrə nəticə protokolunun imzalanacağı gözlənilir. Protokola əsasən, maliyyə əməkdaşlığı çərçivəsində Azərbaycana 9 mln. avro güzəştli kredit, texniki layihələr üçün isə 5 mln. avro həcmində qrant ayrılacaq.

Danışıqlarda Azərbaycan tərəfi gələcək əməkdaşlıq haqqında təkliflərini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti