...

"Bakı Mebel" və "Moda/Tekstil" sərgilərinin tarixi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2006 20:35 (UTC +04:00)

Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları - İTE və İteca Caspian şirkətləri "Bakı Mebel" və "Moda/Tekstil" sərgilərinin tarixinin dəyişdirildiyini bildirib. Trend sərgilərin təşkilatçılarına istinadən xəbər verir ki, "Bakı Mebel" sərgisinin sentyabrın 19-dan 20-ə qədər keçirilməsi planlaşdırılmışdı.

Daşınmaz əmlaka həsr olunmuş Azrealti yeni sərginin keçirilməsi ilə əlaqədar (oktyabrın 11-14-ü) mebel sərgisinin əksər iştirakçıları daha geniş auditoriyanın əhatə olunması və sərgidə iştirak edən şirkətlərlə - yaşayış komplekslərinin və biznes-mərkəzlərini tikənlərlə sərfəli sazişlərin bağlanması üçün iki ekspozisiyanın birləşdirilməsi xahişi ilə təşkilatçılara müraciət edib.

Beləliklə, "Bakı Mebel" sərgisi oktyabrın 11-14-də Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək.

Öz növbəsində, "Moda/Tekstil" sərgisi 2007-ci il martın 6-8-nə keçirilib.

Xəbər lenti

Xəbər lenti