...

Avqustun 27-də Koreyanın işçi qrupu Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2006 18:55 (UTC +04:00)

Avqustun 27-də Koreyanın işçi qrupu Bakıya gələcək. Trend in xəbər verdiyi kimi, bu barədə Koreya səfirliyinin məlumatında qeyd olunub. Qrupa Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von-Qul başçılıq edəcək.

Səfər zamanı nazir müavini azərbaycanlı həmkarı ilə görüşəcək, Azərbaycan və Koreya arasındakı iqtisadi münasibətləri müzakirə edəcək.

Koreyanın işçi qrupu avqustun 31-ə qədər Bakıda olacaq.

Xəbər lenti

Xəbər lenti