İyulun 1-dən Bank of Baku "Bank of Baku" müştərilərə yeni "100 manata Accent" depozit kampaniyasını təqdim edib. Kampaniyanın şərtlərinə əsasən, Bankda "100 manata Accent" adlı depozit hesabı açmaqla 14%-ə qədər illik gəlir qazanmaq şansı ilə yanaşı, əmanətçi 3 ədəd Hyundai Accent-dən birini udmaq imkanına da malik olur.
Trend in bankın məlumatına istinadən xəbər verdiyi kimi, kampaniyanın digər səciyyəvi cəhətlərindən biri də ilkin əmanət məbləği və əmanətin müddəti ilə bağlıdır. Kampaniya müddətində hətta 100 AZN və ya 100 USD məbləğində vəsaiti olan şəxslər belə bankda əmanət hesabı aça biləcək. Hər 100 manat və ya 100 AZN məbləği - 1 ədəd şans verir.
Qeyd edək ki, Bankda "Universal", "Balaca Sahibkar", "Mənim ailəm", "IİP konstruktor", "Təqaüdə hazırlıq", "Qayğısız təqaüdçü" və "Bayram Sonata"sı kimi depozit hesabı olan fiziki şəxslər də Hyundai Accent avtomobillərinin oynanılmasıda iştirak edə bilər.
Nəzərinizə çatdıraq ki, 1-ci "Hyundai Accent" avtomobilinin uduş mərasimi sentyabr ayının 8-də saat 21:30-da canlı yayımla SPACE TI-də keçiriləcək.