2006-cı il sentyabrın 1-nə olan vəziyyətə görə, Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) vəsaiti hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək məqsədi ilə 64,8 mln. manat məbləğində güzəştli kredit verilib. Trend in İqtisadi İnkişaf Nazirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, kredit resursları 31 müvəkkil kredit təşkilatı (25 bank, 1 qeyri-bank kredit təşkilatı və 5 kredit ittifaqı) tərəfindən paylanılır
Sahibkarlığa Yardım Milli Fondunun vəsaiti hesabına 57 şəhər və rayonda 1312 sahibkarlıq subyekti kredit alıb. Maliyyələşdirilmiş layihələrin 85 %-dən çoxu regionların payına düşür və 87 %-i istehsalat və emal sahələri əhatə edir. Sənaye məhsullarının istesalı, kənd təsərrüfatının istehsalı və emalı, turist infrasturkturunun, xidmət sahəsinin inkişafı və s. üçün güzəştli kreditlər verilib. Bu il maliyyələşdirilmiş layihələr hesabına 113 min yeni iş yeri açılıb.
2006-cı il üçün dövlət büdcəsindən SYMF-yə 74 mln. manat vəsait ayrılıb. 6 mln. manat isə Naxçıvan Muxtar Respublikasından olan sahibkarların maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bu il sahibkarlığın inkişafına ayrılan büdcə vəsaitinin məbləği (80 mln. manat) keçən ilkindən iki dəfə çoxdur.