...

AMB ümid edir ki, Azərbaycanda ipoteka kreditləşməsi sistemində yeniliklər BMK-nın 2-ci layihəsində nəzərə alınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2006 15:06 (UTC +04:00)

Azərbaycan Milli Bankı "Azərbaycanda ilkin ipoteka mənzil kreditləşməsi bazarının təhlili" regional hesabatına şərhlərini Beynəlxalq Maliyyə Korporasiyasına təqdim etməyə hazırlaşır. Bu barədə Trend ə AMB-nin baş direktoru Rüfət Aslanlı məlumat verib. Hesabatın təqdimat mərasimi 27 iyul 2006-cı ildə Bakıda keçirilib.

"BMK ekspertlərinin qiymətləndirmələri 2005-ci ilin sonuna olan məlumatlara əsaslanıb. O zaman isə Azərbaycanda ipoteka mexanizmi yox idi, əsas sənədlər təsdiqlənməmişdi", - deyə R.Aslanlı hesab edir.

İpoteka mexnizminin inkişafına dair əsas təşəbbüslər 2006-cı ilin əvvəlindən irəli sürülməyə başlayıb və korporasiya ekspertlərinin əsaslandığı informasiya bazası, o cümlədən hüquqi baza yeni qaydada qiymətləndirilməlidir. Onun fikrincə, reallıq tamam başqadır. Ancaq bu o demək deyil ki, risklər baxımından Azərbaycanda ipoteka kreditləşməsi sistemi optimal forma əldə edib.

"Biz ümid edirik ki, ipoteka kreditləşməsi bazarındakı bütün yeniliklər layihənin artıq üzərində iş aparıldığı ikinci mərhələsi çərçivəsində qiymətləndirilmə zamanı öz əksini tapacaq. Biz bu prosesi BMK ilə birgə həyata keçirmək istəyirik", - deyə baş direktor qeyd edib.

"Mexanizm və yeni alətlər cəmi 6 aydır ki, fəaliyyət göstərir. Aydındır ki, bunlar mexanizm uzun müddət işlədikcə vaxtı gələndə təkmilləşdirilməlidir", - deyə R.Aslanlı bildirib.

Mərkəzi Asiya ölkələrində ipoteka mənzil bazarının araşdırılması BMK-nın "Özəl sektorun inkişafında tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilib. Proqram İsveçrənin iqtisadi əlaqələr üzrə dövlət katibliyi tərəfindən maliyyələşdirilir və BMK tərəfindən gerçəkləşdirilir. Proqramın fəaliyyətinin nəticələri üzrə Mərkəzi Asiya regionunda ipoteka mənzil kreditləşməsi bazarının vəziyyətinin diaqnostik araşdırılması haqqında regional hesabat hazırlanıb və hər bir ölkədə gerçəkləşdirilməsi üçün bu bazarın inkişafı üzrə konkret tədbirlər planı təklif olunub.

Xəbər lenti

Xəbər lenti