...

Bakıda arıçılıq məhsullarının ümumrespublika sərgi-yarmarkası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2006 17:53 (UTC +04:00)

Bu gün arıçılıq məhsullarının beşinci ümumrespublika sərgi-yarmarkası Bakıda öz işinə başlayıb. Trend xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev tədbirdə çıxış edərkən qeyd edib ki, arıçılıq sahəsi - ölkədə kənd təsərrüfatının gəlir gətirən istiqamətlərindən biridir.

Onun sözlərinə görə, son vaxtlar həyata keçirilmiş layihələr çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı kreditləri üzrə dövlət agentliyi tərəfindən 300-dən artıq arıçılıq təsərrüfatı yaradılıb.

"Sərgi-yarmarkanın başlıca məqsədi ölkədə arıçılığın inkişafına yardım, Azərbaycanın daxili bazarının mühafizəsidir", - deyə B.Əliyev qeyd edib.

Tədbirdə Azərbaycanın Daşkəsən, Quba, Qax, Zaqatala, Şəki, Bərdə, Tərtər, Oğuz, Lənkəran və b. kimi 60 şəhərindən 200-dən artıq arıçı iştirak edir.

Nazir müavininin sözlərinə görə, yarmarkada satılan bal yüksək keyfiyyətlidir və qiyməti bazar qiymətindən 15-20% aşağıdır. Sərgi sentyabrın 24-ə qədər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti