İqtisadi İnkişaf Nazirliyinin (İİN) Antiinhisar siyasəti departamenti Azərbaycanda reklam fəaliyyəti üzərində dövlət nəzarətini gücləndirib. Trend İİN-in məlumatına istinadən xəbər verir ki, dövlət nəzarətinin səmərəliliyinin artırılması üçün mütəmadi olaraq küçə və divar reklamları, nəqliyyat vasitələrindəki və poçt bağlamalarındakı, həmçinin radio və televiziyadakı reklamların monitorinqinin keçirilməsi planlaşdırılır.
Bundan əlavə, respublika ərazisində fəaliyyət göstərən reklam agentlikləri, reklam yayanlar və reklam istehsalçılarının reyestrinin tərtibi nəzərdə tutulub. Qanunvericiliyin pozulma halları aşkar olunarsa, təsərrüfat subyektlərinə qarşı tədbirlər görüləcək.
Antiinhisar departamenti həmçinin qanunsuz reklam yayan subyektlərə qarşı inzibati tədbirlərlə yanaşı maliyyə sanksiyalarının da tətbiqinə dair səlahiyyətlərə malikdir.