...

Musa Pənahov: Nəqliyyat infrastrukturunun gücü hər il dəmir yolu ilə 20 mln. tondan artıq yükün daşınmasına imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2006 17:42 (UTC +04:00)

Milli nəqliyyat infrastrukturunun texnoloji gücü hər il dəmir yolu ilə 20 mln. tondan artıq yükün daşınmasına imkan verir. Onlardan 13 mln. tondan çoxu, ümumi daşınma həcminin 65%-i faktiki tranzit həcmini təşkil edir. Trend xəbər verir ki, bu barədə bu gün tranzit nəqliyyat daşımaları üzrə koordinasiya şurasının ilk toplantısının açılışında nəqliyyat nazirinin birinci müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, "Qərb-Şərq" və "Şimal-Cənub" istiqamətində yerləşən dövlətlər arasında xarici ticarət əlaqələrinin təhlili bu istiqamətlərdə tranzit daşımaları həcminin artma ehtimalının olmasından xəbər verir.

M.Pənahovun qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının intensiv şəkildə inkişaf etməsi ilə nəqliyyat infrastrukturu da inkişaf edir. Azərbaycanın Nəqliyyat Nazirliyi və Dövlət dəmir yolu idarəsi "Şimal-Cənub" və TRACECA nəqliyyat dəhlizinin Azərbaycan hissəsində dəmir yolu infrastrukturunun inkişafı üzrə fəal işlər görür. Dəhlizlər boyunca infrastrukturun təkmilləşdirilməsi üzrə xüsusi şəkildə hazırlanmış tədbirlər proqramına əsasən hazırda yol təsərrüfatının yenilənməsi, dəmir yolu nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanması, enerji təchizatının yaxşılaşdırılması, siqnalizasiya və rabitə sisteminin bərpası üzrə məqsədyönlü işlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti