...

Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 384,33 mln. manat köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2006 19:11 (UTC +04:00)

İlkin məlumatlara görə, 2006-cı ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) proqnoza 101,99% əməl edərək, dövlət büdcəsinə proqnozlaşdırılan 376,82 mln. manat əvəzinə 384,33 mln. manat məbləğində gömrük ödənişləri və vergiləri köçürüb. Bu barədə Trend DGK-nın məlumatına istinadən xəbər verir.

Bu göstərici 2005-ci ilin analoji dövrü ilə müqayisədə 117,41 mln. manat və ya 43,99% çoxdur.

Azərbaycan Milli Bankının məlumatına əsasən, 2006-cı il 2 oktyabr tarixində dolların manata nisbətən məzənnəsi 0,8758 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti