2006-cı ilin yanvar-avqust aylarında MDB ölkələrində sənaye istehsalı 2005-ci ilin analoji dövrü ilə müqayisədə orta hesabla 5,5% (2005-ci ilin yanvar-avqust aylarında bu rəqəm 4,4% təşkil edib) artıb. Trend in xəbər verdiyi kimi, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi məlumat verir.
Ən yüksək artım templəri Azərbaycan (40,5%), Belorusiya (12,7%) və Özbəkistan (9,7%) sənayesində müşahidə olunub. Sənaye məhsulunun istehsalı Ermənistanda 0,9%, Qırğızıstanda 9,6%, Moldovada isə 5,7% aşağı düşüb.
Cari ilin iyuluna nisbətən 2006-cı ilin avqustunda MDB ölkələri üzrə sənaye istehsalı orta hesabla 3,2% artıb. 2005-ci ilin avqustunda bu rəqəm 1,7% təşkil edib. Ay ərzində Azərbaycan sənayesində məhsulların artımı 7,5%, Belorusiyada 4,5%, Moldovada 10,2%, Rusiyada isə 4% təşkil edib.