...

Əli Həsənov: "Azərbaycanın siyasi partiyaları haqqında" qanuna dəyişikliklər edilməsi beynəlxalq hüquq normalarının tələbidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2006 13:24 (UTC +04:00)

Hazırda 1992-ci ildə qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanun müzakirə olunur. Ötən dövr ərzində Azərbaycanda Konstitusiyanın qəbul olunması, ölkənin AŞ-yə daxil olması kimi bir sıra mühüm hadisələr baş verib. Buna görə də siyasi partiyalar haqqında mövcud qanun yeni hüquqi aktla uyğunlaşdırılmalıdır. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 10-da Bakıda ATƏT-in təşkil etdiyi konfransda Azərbaycanın prezident aparatının ictimai əlaqələr şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, yeni qanun qəbul edildikdən sonra siyasi partiyalar təkrar reyestrdən keçəcək. Ancaq bu, o qədər də mürəkkəb prosedur olmayacaq.

"Hesab edirik ki, bu, təkcə Azərbaycan cəmiyyətinin deyil, həm də ölkənin qəbul etdiyi hüquq normalarının tələbidir. Siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparan institutdur və xarici ölkələrin fiziki və hüquqi şəxslərindən maliyyə yardımı alaraq, onlardan öz üzərinə hər hansı məsuliyyət götürə bilməz. Bütün dünyada si yasi partiyaların maliyyələşdirilməsi prosesi şəffafdır və daxili maliyyələşdirmə mənbələrinə əsaslanır. Bəzi hallarda isə dövlət tərəfindən maliyyələşir",- deyə Ə.Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti