Qiymətli kağızlar üzrə milli birja bazarının tarixində ilk dəfə olaraq, bütün vasitələr üzrə bağlanmış sazişlərin ümumi həcmi 908,608 mln. manat təşkil edib və bu, dollar ekvivalentində 1 038,765 mln. ABŞ dolları deməkdir. Trend Bakı fond birjasının (BFB) məlumatına istinadən xəbər verir ki, ilin əvvəlində birja analitikləri birja dövriyyəsinin 1 mlrd. ABŞ dollarına çatacağını proqnozlaşdırıb, lakin, göründüyü kimi, proqnoz artıqlaması ilə yerinə yetirilib.
Maraqlıdır ki, dövriyyənin 89,23%-i dövlət qiymətli kağızları ilə əməliyyatlar və onlarla həyata keçirilən repo-əməliyyatların payına düşür. Birja bazarının ümumi həcmindən ən yüksək xüsusi çəki (61,08%) Azərbaycan Milli Bankının ilkin not bazarındakı əməliyyatların payına düşür. Onlar üzrə dövriyyə 554,939 mln. manat, dövlət qısamüddətli istiqrazlar üzrə isə - 64,399 mln. manat (7,09%) səviyyəsində olub.
Repo-əməliyyatlar 105,189 mln. manat (ümumi həcmdən 11,58%) həcmində həyata keçirilib. Korporativ istiqrazlar 19,136 mln. manat (2,11%), səhmlər - 65,641 mln. manat (7,22%) məbləğində yerləşdirilib. Korporativ bazarın həcmi cəmi 10,77% (97,851 mln. manat) səviyyəsində olub.