...

XİN Azərbaycan malları və xidmətləri üçün bazar axtarışı ilə bağlı öz yardımını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 17:49 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin xarici bazara çıxmaqda maraqlı olan biznes dairələrini XİN-ə istehsal etdikləri məhsullar barədə məlumat verməyə çağırıb. Trend in xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə istinadən xəbər verdiyi kimi, nazirlik bu işdə onlara yardım etməyə hazırdır. Bu zaman sahibkarlar özləri onların mallarına hansı ölkələrdə daha çox tələbat olduğunu bildirməlidirlər.

"Bu gün XİN-nin fəaliyyətində əsas priroritet və başlıca vəzifə yerli məhsul və xidmətlər üçün bazarların axtarışıdır. Biz artıq Azərbaycanın İxracat və İnvestisiyaların Təşviqi Fonduna yerli bazarda istehsal olunan hazır məhsulların siyahısını təqdim etməsi xahişi ilə müracət etmişik", - deyə M. Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, bunu Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsi ilə etmək mümkündür. "Bu gün praktiki olaraq bütün ölkələrdə bizim səfirliklər açılıb. Yerli mallar üçün bazarı biz, ilk növbədə, Mərkəzi Asiya ölkələrində görürük. Üstəlik, 2006-cı ilin sonuna kimi - 2007-ci ilin əvvəlində Qırğızıstan və Tacikistanda səfirliklərin açılması gözlənilir", - deyə nazir müavini qeyd edib.

Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycanın diplomatik nümayəndəlikləri olan Qara dəniz hövzəsi ölkələrinə, o cümlədən MDB və Baltikyanı ölkələrə də çıxış təmin oluna bilər. Artıq yaxın vaxtlarda Meksika, Malayziya, Tayvand və digər ölkələrdə də səfirliklərin açılması ilə bağlı qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti